YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin Ağalı kəndində sakinlərlə görüşü vətəndaş-prezident sevigisinin nümunə tablosu idi

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri, xoş bir ənənə halını alan, vətəndaşlarımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanan tarixi hadisəyə çevrilir. Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Səfər çərçivəsində gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olan ölkə başçımız, bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak etdi. İstər regionlarımıza, istərsə də işğaldan azad olunmuş ərazilərimizə səfər edən ölkə başçısı İlham Əliyev hər zaman olduğu kimi bu səfər zamanı da  yerli sakinlərlə görüşdü. İlk olaraq Ağalı kənd tam orta məktəbinin sagirdləri ilə görüşən Prezident İlham Əliyev məktəblə tanış oldu və şagirdlərlə söhbət etdi. Bu bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə olan diqqət və qayğısının bariz nümunəsidir.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşdü. Səmimi, xoş mühitdə keçən görüş zamanı ölkə başçısı yerli sakinlərlə söhbət etdi, onların vəziyyəti ilə yaxından maraqlandı. Yerli sakinlər yaradılmış yüksək şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Prezident İlham Əliyevin yerli sakinlərlə görüşü əsl vətəndaş-prezident sevigisinin nümunə tablosu idi.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.   

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycanda hər bir sahədə inkşafa, müdrik xarici siyasətimizlə yanaşı işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Əlbətdə bütün bunlar Azərbaycan dövlətinin gücünün və qüdrətinin nümayişi olmaqla yanaşı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrik, inkşafa və tərəqqiyə hesablanmış siyasətinin nəticəsidir: “Artıq işğaldan azad olunmuş ərazilərimizdə yaşayış üçün hər bir şərait yaradılmaqdadır, həyat canlanıb və həmin ərazilərimiz cənnətə çevrilməkdədir. Bizlərə bu sevinci və qüruru bəxş edən Prezident İlham Əliyevə sonsuz təşəkkür edirik. Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı və Şanlı Azərbaycan Ordusuna güc, qüvvət arzulayırıq.”