YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycan prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etmələri möhtəşəm dostluğun daha bir nişanəsidir

Türkiyə və Azərbaycan prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etmələri möhtəşəm dostluğun daha bir nişanəsi, rəmzidir. Türkiyə Prezidentinin bu gün bu açılışda iştirak etməsi tam dostluğun göstəricisidir.

Bu fikirləri Türkiyənin Vitse-prezidenti Fuat Oktay İstanbulda Azərbaycan mediasına açıqlamasında ifadə edib.

Zəngilan Beynəlxalq Hava Limanının möhtəşəm olduğunu qeyd edən Vitse-prezident yeni aeroportun Azərbaycan və iki qardaş ölkənin birliyi üçün xeyirlərə vəsilə olmasını diləyib.