YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid bulağının açılışı olub

Goranboy rayonu Goranlı kəndində şəhid İxtiyar İlqar oğlu Əliyevin xatirəsinə yaradılmış  şəhid bulağının açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Goranboy rayon təşkilatının fəalları, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların  ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Tədbirdə çıxış edən deputat Anar Məmmədov 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən danışıb və onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Şəhidin ailə üzvləri göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.