YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi erməni vandalizminə məruz qalmış Cəbrayıldan paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabında erməni işğalı zamanı vandalizmə məruz qalmış Cəbrayıldan paylaşım edib.

Paylaşımı təqdim edirik: “Vulkan püskürməsi nəticəsində dağılmış qədim Pompey xarabalıqları ilə bu narahatedici mənzərəni qarışdırmaq olar. Pompeydən fərqli olaraq, bu video 30 illik işğal zamanı Cəbrayıl şəhərində Ermənistanın ("qədim sivil ölkə" adlandırılan) qəsdən törədilən insan vandalizmini/urbisidini əks etdirir”.