YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin məzarı ziyarət olunub

Ağstafada Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən İsmayılov Rəhman Mehdi oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin əməkdaşı Turan Hüseynov, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Muğanlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Vətən müharibəsi şəhidləri Bağırov Aqil Fazil oğlunun və İsmayılov Bahələddin Temraz oğlunun da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub

Daha sonra tədbir iştirakçıları Rəhman İsmayılovun ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rəhman İsmayılov 2020-ci il oktyabr ayının 19-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.