YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən uğrunda şəhid olanlar unudulmayacaq!

Vətən müharibəsi şəhidləri Məhərrəmov İsa Məhərrəm oğlunun və Müslümov Elşən Habil oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal və Abşeron rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İsa Məhərrəmov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, şəhid Elşən Müslümov isə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.