YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qüdrətini bütün dünyaya nümayiş etdi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüşü keçirilib.

Prezident İlham Əliyev bir daha 28 il ərzində Minsk qrupunun fəaliyyətsizliyini, habelə Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması üçün BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq məsələni həll etməsini, postmüharibə dövründə Ermənistanın dəfələrlə Azərbaycan ərazisinə diversiya qrupları göndərdiyini, terror aktı törətmək cəhdlərini xüsusi vurğulamaqla mövcud platformadan mükəmməl istifadə etdi.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda minaların basdırıldığını, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu günədək 250-dək vətəndaşımızın zərər çəkdiyini xüsusi qeyd etdi, təkcə işğaldan azad olunmuş Laçın rayonunun sərhəd ərazilərində 1400-ə yaxın minanın aşkarlandığını diqqətə çatdırdı. 

Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıq ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı geniş və ətraflı fikir mübadiləsi aparan ölkə Prezidenti İlham Əliyev bildirib: “Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”

Bəli, bu bir həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik nümayiş etdirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan 44 günlük Şanlı Vətən Müharibəsində öz qüdrətini bütün dünyaya nümayiş etdirdi və döyüş meydanında tarixi ədaləti bərpa etmiş oldu.

DİGƏR Xəbərlər Arxiv