YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı “DSMF” ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“DSMF” ərazi partiya təşkilatının sədri Teymur Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ərəfəsindəyik. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi uğurlu tarixi yola nəzər salaraq ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün gördüyü misilsiz işlərdən danışıb. Qeyd edib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin təməlində də məhz Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin siyasi ideologiyası dayanır.       

Partiya üzvləri Asif Əliyev, Elçin Baxışov və Lamiyə Bünyatova Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin xalqımız, ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışaraq xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandanın ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında bundan sonra da daha sıx formada birləşəcəklərini, Azərbaycanın gələcək tərəqqisi naminə dövlət başçısının həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyəcəklərini bildiriblər.