YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs” ərazi partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçdiyini vurğulayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası xalqı və ölkəni ağır problemlərdən, məhv olmaq təhlükəsindən xilas edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Qeyd edib ki, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər qazandığı vurğulanıb.

YAP Kəlbəcər rayon ərazi partiya təşkilatının sədri Xəqani Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına diplomlar təqdim olunub.