YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi bütövlüyümüzə qarşı istənilən təxribata layiqli cavab veriləcək

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışı birmənalı olaraq Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırmağa hesablanmışdır. Dövlətimizin başçısı Zirvə toplantısının plenar iclasında dərin məzmunlu çıxış edərək regionda baş verən proseslər, Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri və digər önəmli məsələlər haqqında fikirlərini bildirib. Cənab Prezident çıxışında Ermənistanın yenə də regional sülhü təhdid etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırdıraraq bildirib ki, Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi: “Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir".

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, ikinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin etmiş Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Azərbaycan Prezidenti Azərbaycanın sülhsevər siyasətini, barış mövqeyini bir daha toplantı iştirakcılarının diqqətinə çatdırdı və bildirdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən təxribata layiqli cavab veriləcəkdir. Bundan sonra da hər hansı təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.