YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.