YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh danışıqlarına sadiqdir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Cari ilin 14 oktyabr  tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçımız iclasda çıxış edərək  mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıdı,  bir sıra önəmli məqamlara toxundu.

Dövlət başçımız 30 il davam edən işğal dönəmində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icra olunmamasına, beynəxlalq təşkilatların öz missiyasını layiqincə yerinə yetirməməsinə diqqət çəkərək Azərbaycan xalqının beynəlxalq hüququ öz gücü ilə bərpa etməsini xüsusi olaraq vurğuladı. Eyni zamanda qeyd olundu ki, Ermənistan silahlı qüvvələri tərəfindən şəhərlərimiz, kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Heç bir insanlığa sığmayan erməni vəhşilikləri haqqında fikirlərinin dünya ictimaiyyətinin diqqətinə çatdıran ölkə rəhbəri eyni zamanda Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşdüyünü, onların əksəriyyətinin işgəncələrə məruz qalaraq qətlə yetirildiyini bildirərək bir sıra qətiyyətli arqumentlərlə işğal dövrünün reallıqlarını tam şəkildə təsvir etdi.

Mina terroru məsələsinə xüsusi toxunan ölkə başçısı Ermənistan istehsalı olan piyada əleyhinə 1400 minanın aşkarlanması və bu minaların 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırıldığını diqqətə çatdırdı. Ölkə rəhbəri bununla yanaşı işğaldan azad edilmiş 2 kənddə kütləvi məzarlıqlarla bağlı Ermənistanın beynəlxalq hüquq çərçivəsində əməllərinə görə cavab verməli olduğunu bildirdi.

Dövlət başçımız haqlı olaraq bu günə kimi itkin düşmüş hesab edilən və əsirlikdə saxlanılan soydaşlarımızla bağlı rəsmi İrəvanın heç bir məlumat vermədiyini təəssüflə qeyd etdi. Prezident İlham Əliyev fikirlərinin davamında üzərinə götürdüyü öhdəliyə əməl etməyən işğalçının minalanmış ərazilərin dəqiq xəritəsini bu vaxta qədər Azərbaycana təqdim etmədiyini də diqqətə çatdırdı.

Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırdı. Prezident yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən təxribata layiqli cavab veriləcəkdir. Bundan sonra da hər hansı təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı geniş ictimai müzakirəyə səbəb oldu. Dövlətimizin başçısı Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in keçmiş Minsk Qrupunun ümidləri doğrultmadığını, heç bir iş görmədiyini diqqətə çatdırdı. Çıxış əsnasında Azərbaycan lideri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasının nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişənin Azərbaycanın özü həll etdiyini bildirdi.

Praqa görüşünə toxunan ölkə rəhbəri qeyd etdi ki, bir neçə gün bundan əvvəl baş tutan dördtərəfli görüşdə Azərbaycan xoş münasibət göstərərək Fransanın bu görüşdə iştirakına razılıq verməsinə baxmayaraq Fransa Prezidentinin cəmiyyəti çaşdırmağa hesablanmış qərəz və nifrət dolu bəyanatlarının qəbul olunmaz olduğunu qeyd etdi və Azərbaycanı dəhşətli müharibədə ittiham edən Makrona necə deyərlər bir sıra vacib arqumentlərlə siyasi dərs keçdi.

Dövlət başçımız  Qarabağın bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını, beynəlxalq hüquqdan istifadə edərək ərazi bütövlüyümüzü təmin etdiyimizi vurğuladı və qərəzin fonunda Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşdırılması prosesində Fransanın bundan sonra hər hansı rolunun mümkünsüzlüyünü ifadə etdi: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyasi var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur”.

Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük deyən  cənab Prezident Qarabağın artıq bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını vurğuladı və özünümüdafiə hüququndan istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü güc hesabına bərpa etdiyini bildirdi.

Beləliklə, Prezident İlham Əliyevin Sammitdəki tarixi çıxışı beynəlxalq arenada Azərbaycan həqiqətlərini ifadə etməsinin daha bir nümunəsi olmaqla yanaşı, eyni zamanda sözün həqiqi mənasında bütün dünyaya Azərbaycan qalibiyyətinin növbəti ifadəsi kimi yadda qaldı.

DİGƏR Xəbərlər Arxiv