YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda şəhidin xatirəsi anılıb

Naftalanda Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Fərid Adıgözəlovun şəhadətinin ikinci ildönümündə xatirəsi alınıb.

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və təşkilatın üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra YAP Naftalan şəhər təşkilatının əməkdaşları şəhid Fərid Adıgözəlovun anım mərasimində iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Fərid Adıgözəlov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.