YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

13 oktyabr 2022-ci il tarixdə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olmuşdur. Oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə forumdan təşkilata çevrilmək barədə qərar qəbul edib. Bu qərar Astanada qurumun VI sammitinin plenar iclasında Asiya ölkələri liderlərinin forumuna sədrlik edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qəbul edilib. Sammitdə həmçinin bir sıra sənədlər qəbul edilib. Onların arasında dövlət başçılarının informasiya texnologiyaları sahəsində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında bəyanatı, Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyasının həyata keçirilməsi üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyət planı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Fondu haqqında əsasnamə var. Küveyt Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 28-ci üzvü olub. Onun təşkilata daxil olması müşavirə iştirakçısı olan 27 dövlətin nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, iclasda iştirak edən Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verməkdədir. “Qlobal səviyyədə artan təhdidlər və təhlükəsizlik çağırışları fonunda Qərblə Şərqin kəsişməsində uğurlu coğrafi mövqeyə malik Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir. Bu mənada biz Azərbaycanın nəinki regional, eyni zamanda, qlobal əhəmiyyətinin durmadan artdığının şahidiyik. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir olun.

Bununla bağlı Prezident İlham Əliyev çıxışında demişdir: “2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.