YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Cari ilin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Plenar iclasın gündəliyi qəbul edildikdən sonra Küveytə AQEM-ə üzv dövlət statusu verildi. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşuldu. Əvvəlcə AQEM-in sədri olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək 5-ci Zirvə Toplantısından ötən dövrdə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev plenar iclasda çıxış edərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına (AQEM) dəvətinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Prezident Tokayevin Azərbaycana son uğurlu rəsmi səfəri zamanı ikitərəfli gündəliyin cari məsələləri ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğuladı. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini qeyd etdi.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbədən də söz açıb. Cənab Prezident diqqətə çatdırdı ki,  iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad edərək  30 il davam edən Qarabağ münaqişəsinə son qoydu. Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin edərək ədaləti bərpa etdi.

Prezident İlham Əliyev işğalçı Ermənistan tərəfindən 30 il müddətində şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilməsini, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunuğunu vurğuladı.

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Sonuncu dəfə bu ilin sentyabr ayında Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Prezident İlham Əliyev Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələr nəticəsində ölkəmizin ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini və 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzitin təxminən 65 faiz artığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İclasda sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər və AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olundu. Növbəti iki ildə - 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcəyəyi,  Astana bəyannaməsi və digər sənədlər qəbul edildi.