YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və qırğız xalqları eyni kökə malikdirlər

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti Sadır Japorovun dəvəti ilə bu ölkəyə rəsmi səfəri çox zəngin oldu. Qırğızıstan Respublikasının Prezidenti və qırğız xalqı cənab İlham Əliyevi çox mehruban, səmimi qarşıladı. Qırğız rəhbərliyi və xalqı ölkə başçımızı özlərinə dost, qardaş dövlətin başçısı, ən əziz qonaq kimi gəbul etdiklərinin şahidi olduq. Bu səmimi münasibət gözlənilən idi. Azərbaycan və qırğız xalqları ortaq dilə, mədəniyyətə, eyni kökə malik xalqlardır. Qırğızıstan Respublikasının Prezidentinin müşayəti ilə Prezident İlham Əliyev Qırğızıstanın tarixi yerlərinə səfər etdi, qırğız xalqının folkloru,  mədəniyyəti və adət ənənələri ilə tanış oldu. Qırğız xalqının Azərbaycan xalqını necə sevdiyinin, xalqımızın dəyərli, dahi insanlarının xatirəsini uca tutduqlarının da şahidi olduq. Qırğızıstanın paytaxtı Bişkek şəhərində ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin, digər məktəb isə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan - Azərbaycan Dostluq Parkının açılması, Bakı ilə Bişkekin qardaşlaşmış şəhər olması mədəni əlaqələrimizi daha da yaxınlaşdıracaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Qırğızıstan - Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Bu Fond investisiyaların cəlb edilməsi, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi işinə böyük xidmət edəcək. İl yarım öncə iki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi yüksək səviyyəyə çatdırıb.

Azərbaycanın ilk peyki - "Azersky" və "Azerspace-1" qırğız vətəndaşlarına da xidmət edir. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində hər iki dövlət bir birini dəstəkləyir.

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış etdi. Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü ölkələrimizin həmrəyliyinin möhkəmlənməsində böyük addım olacaq. Artıq iki dövlət arasında hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub, gələn ildə Bişkekdə keçirilməsi nəzərdə tutulub. Dövlətlərarası Şura, hökumətlərarası komissiya Azərbaycan və Qırğızıstan dövlətlərinin iqtisadi və siyasi əlaqələrinin daha da yüksəkliklərə qalxmasına böyük təkan verəcək. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan dövlətləri arasında bir çox sahələri əhatə edən sənəd imzalandı.

DİGƏR Xəbərlər Arxiv