YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub,  önünə tər güllər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, RİH başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Elməddin Əsgərxanov, Qurban Məmmədov, şəhid atası Fikrət Zeynalov, Vətən müharibəsi qazisi Fuad Cavadzadə,  partiya fəalları iştirak ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizin xeyli çətinliklərlə üzləşdiyi bildirilib. Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Prezident İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirdiyi  vurğulanıb. Dövlət başçısının həyata keçirdiyi siyasətin Azərbaycanı firavan gələcəyə apardığı, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.

DİGƏR Xəbərlər Arxiv