YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək Məmmədzadə: İlk Avropa Oyunlarınına ev sahibliyi etmək Azərbaycanın güvənli tərəfdaş və etibarlı ölkə olduğuna bariz nümunədir

«Bu gün Azərbaycan dünya birliyinin tam hüquqlu üzvü olması ilə bərabər həm regionda, həm də dünyada tanınan və iqtisadi, siyasi, mədəni və idman sahəsində önəmli iz qoya bilən ölkəyə çevrilməkdədir. Son iki onillikdə Cənubi Qafqaz regionuna və ümumilikdə Avropaya birbaşa təsir edən həlledici siyasi və iqtisadi qərarların verilməsi və bir vaxtlar yalnız arzu edilən böyük investisiya tutumlu layihələrin həyata keçirilməsi Azərbaycanın nüfuzuna inanılmaz müsbət töhvə versə də, Qərb tərəfindən bu işlər yetərincə dəyərləndirilməmiş və 20 ildən çox münaqişənin həlli üzrə aparılan vasitəçilik hər hansı ciddi nəticə verməyib». Bu fikirləri yap.org.az saytına açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun baş məsləhətçisi, YAP Gənclər Birliyinin fəal üzvü Babək Məmmədzadə deyib.

B.Məmmədzadə bildirib ki, tarix boyü Azərbaycan özünü Qərb və Şərqin vəhdətində görməsi və qərbin ideyası ilə şərqin mənəvi dəyərlərini sintez etməsi kimi tanınması yetərincə vurğulanmır. Onun sözlərinə görə, vaxtı ilə Qərbin milli azlıqları təqib etməsi və onlara olan mənfi münasibətinin acı nəticəsində Azərbaycan kimi ölkələrə üz tutması ilə nəticələnmişdi.

«Ölkədə müxtəlif milli azlıqların sülh şəraitində birgə yaşaması Azərbaycan rəhbərliyinin onlara isti münasibətinin bariz nümunəsi kimi göstərmək olar. Təəssüflər olsun ki, Azərbaycanın nümunəvi multikulturalist modeli Ermənistanın Azərbaycan torpaqlarını işğalı qədər dəyərləndirilmişdir. Görülən işlərin yetərincə müsbət dəyərləndirilməməsinə baxmayaraq mədəniyyət və idman sahəsində Azərbaycan xüsusilə böyük işlər görmüşdür. Müxtəlif idman sahələri üzrə dünya çempionatlarının paytaxtda və regionlarda təşkili artıq bir neçə illik təcrübəyə və ənənəyə çevrilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng layihələr nəinki Azərbaycan mədəniyyətinə, o cümlədən dünya mədəniyyətinə verilən böyük töhvədir. Bu mənada İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi bir çoxlarını qıcıqlandırsa da, belə möhtəşəm oyuna qısa müddətdə hazırlıq Azərbaycan rəhbərliyinin iradəsini göstərir. İştirakçı sayına və təşkilati göstəricilərə əsasən bu önəmli tədbir Avropa ilə ayaqlaşa bilən möhtəbər idman hadisəsi və uğurlu təşkilatçılığın simvoludur. Belə möhtəşəm tədbirin təşəbbüskarı kimi çıxış etmək və ona ev sahibliyi etmək Azərbaycanın güvənli tərəfdaş və etibarlı ölkə olduğuna bariz nümunədir və Avropa dəyərlərinin təbliğatında Azərbaycanın önəmli rolunu göstərir»- deyə, B.Məmmədzadə vurğulayıb.