YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və qırğız xalqları bir-birinə çox sıx əlaqələrlə bağlıdırlar

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx əlaqələrlə bağlıdırlar. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər ilk dəfə 19 yanvar 1993-cü ildə qurulub. Beləki, 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Məhz bu görüşdən sonra iki ölkə arasında münasibətləri möhkəmlətməyin bünövrəsi qoyulub.

Hal-hazırda  iki ölkə İƏT, İKT, BMT çərçivəsində də  əməkdaşlıqlarını davam etdirirlər. 44 günlük Vətən müharibəsində Qırğızıstan Azərbaycanın haqlı mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən dövlətlərdən biri idi. Hətta 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanmışdı. Bu gün də Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsiyyətləri iki ölkə arasındakı münasibətlərin inkişafında sözsüz ki, əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin Qırğız Respublikasına sonuncu dövlət  səfəri çərçivəsində oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini və görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib. Oktyabrın 12-də isə Bişkekdə ümummilli liderimiz Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasiminin baş tutması qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasına bariz nümunədir. Bu mənada Azərbaycan – Qırğız mədəni əlaqələrinin araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yeni və daha doğma bir mərhələsinə yol açmaq baxımından  əhəmiyyətlidir. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.