YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: «Vətəndaşların müraciətləri haqqında» qanun layihəsi vacib hüquqi sənəddir

«Vətəndaşların müraciətləri haqqında» qanun layihəsi vacib hüquqi sənəddir. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir. Onun sözlərinə görə, sənəd, həmçinin, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir.

«Demokratik cəmiyyətdə bu məsələ vətəndaş-dövlət münasibətləri baxımından çox vacibdir. Hesab edirəm ki, bu qanun vətəndaşların müraciətlərinə daha effektiv baxılması üçün müsbət təsir göstərəcək. Ümumilikdə, bu sahədə müvafiq addımlar atılıb. Amma Milli Məclis tərəfindən belə bir qanunun qəbul olunması vətəndaş-dövlət münasibətlərinə əhəmiyyətli töhfədir»- deyə, komitə sədri vurğulayıb.