YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan döyüş meydanında tarixi ədaləti pərpa etdi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Müasir hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu “məğlubedilməz ordu” mifini darmadağın etdi  və döyüş meydanında tarixi ədaləti pərpa etdi.

Bu gün 17 oktyabr tarixi xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd edilir. Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində Füzuli şəhəri daxil olmaqla rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri  işğaldan azad  edildi. Bu zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.

Qüdrətli və rəşadətli Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmaqla qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu və bu da növbəti döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə zəmin yaratdı.

Prezident İlham Əliyevin “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq.” fikirləri xalqımızın mərdliyini və birliyini özündə təcəssüm etdirdi.

Düşmən tapdağından azad olunmuş digər rayonlarımız kimi Füzuli rayonunda da quruculu-bərpa işləri, infrastruktur layihələri uğurla icra olunmaqdadır.

Prezident İlham Əliyev və Birinci vitse – prezident Mehriban xanım Əliyeva 2021-ci ilin avqustun 29-da Füzuli rayonuna səfər edərək Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşdular. 2021-ci ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu və qürurverici anlardan biridə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etmələri oldu.  Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. 

Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

DİGƏR Xəbərlər Arxiv