YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA İpək Yolu Qrupunun konfransı çərçivəsində İstanbul Bəyannaməsinin imzalanması gözlənilir

Son geosiyasi hadisələr enerji sahəsinə təzyiq göstərərək, qiymətlərin artmasına səbəb olub. Bununla mübarizədə balanslaşdırılmış plan üzərində işləmək və alternativ qaynaqlar axtarmaq, eləcə də atom enerjisinin təhlükəsiz şəkildə istifadəsini təmin etmək vacibdir.

Bu fikirləri İstanbulda keçirilən ATƏT PA İpək Yolu Qrupunun beynəlxalq konfransında Türkiyə nümayəndə heyətinin rəhbəri Selami Altınok ifadə edib.

Dünyada baş verən enerji və qida böhranı fonunda təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinin qeyd olunduğu tədbirdə İpək Yolu Qrupu ölkələri üçün Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb.

Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusundakı tədbirdə Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iştirak edirlər.

Qeyd edək ki, konfrans çərçivəsində İstanbul Bəyannaməsinin imzalanması gözlənilir.