YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: İnkişaf davamlı prosesdir, hər mərhələdə günün tələblərinə uyğun olaraq müvafiq addımların atılması vacibdir

«Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. İdarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi, vətəndaşların müraciətlərinin qəbul olunması və araşdırılması qaydalarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Prezident İlham Əliyev ölkəmizdə yüksək məmur-vətəndaş münasibətlərinin qurulması ilə bağlı daim öz fikirlərini bildirir. Onun sözlərinə görə, dövlət başçısı həmişə vurğulayıb ki, vətəndaş-məmur münasibətlərində siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.

«Vəzifəli şəxslər, məmurlar isə bu hörməti, bu mədəniyyəti həm də vətəndaşalırn müraciətlərinə münasibətdə, onların qəbul edərkən, vətəndaşların problemlərinin həllində yardımçı olmaqla göstərməlidirlər. Sadalananları nəzərə alaraq isə hesab edirəm ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun qəbulu çox əhəmiyyətli bir məsələdir. Şübhə yoxdur ki, bu günə qədər vətəndaşların müraciətlərinin qəbulu və araşdırılması ilə bağlı müxtəlif qanunvericilik aktlarında və müvafiq strukturların qəbul etdikləri əsasnamələrdə müəyyən məsələlər həllini tapır. Bununla belə, Azərbaycanın müasir reallıqlarında bu qanunun əhəmiyyəti olduqca vacibdir. Çünki Azərbaycan demokratik inkişaf yolunda irəliləyir. İnkişaf isə davamlı prosesdir, hər mərhələdə günün tələblərinə uyğun olaraq müvafiq addımların atılması vacibdir»- deyə, S.Qafarova qeyd edib.