YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və təşkilat nümayəndələri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül-çiçək düzülüb, mülki şəhidlərin ruhlarına dualar oxunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumiyyətlə, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla, 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.