YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhidlərin xatirəsi əbədiləşdirilib

Cəlilabad rayonu Babalı kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarının əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

Açılış mərasimində Milli Məclisin deputatı Elman Nəsirov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işinin təşkili şöbəsinin müdiri Füzuli Cəfərov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin deputatı Elman Nəsirov dövlət tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini bildirib. Vurğulayıb ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Azərbaycanda 13 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə və ya fərdi evlə təmin edilib. 7500-dən çox qaziyə avtomobillər təqdim olunub. Proses davam edəcək.

Sonda Babalı kənd qəbiristanlığında Birinci və İkinci Qarabağ şəhidlərinin məzarları ziyarət olunub, xatirələri ehtiramla anılıb.