YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin Qırğızıstana rəsmi səfəri hər iki ölkənin siyasi və iqtisadi inkişafına hesablanıb

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin 2018-ci il prezident seçkilərində xalqın etimadını qazanaraq, növbəti dəfə ölkə rəhbəri seçilməsindən bəri Qırğızıstana ilk rəsmi dövlət səfəri reallaşdı. Qırğızıstan Azərbaycanın təbii strateji müttəfiqi, türkdilli dövlətdir. Hər iki ölkəni tarixi, dini, mədəni tellər birləşdirir və məhz bu səfər dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf etdi. Prezidentlər İlham Əliyev və Sadır Japarovun iştirakı ilə Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının keçirilməsi, imzalanan sənədlər, sazişlər, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyacaq, nəqliyyat-logistik imkanlarını artıracaq.

Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan hazırda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirir. Xəzər dənizi hövzəsində ən müasir standartlara cavab verən infrastruktura malikdir. Prezident İlham Əliyevin uzaqgörənliklə inşa etdirdiyi, ildə 15 milyon ton aşırma qabiliyyəti olan Ələt limanının gücü yaxın zamanlarda 25 milyon tona qədər artırılacaq.

Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu tikintisinin planlaşdırılması, ölkəmiz tərəfindən dəstəklənir və Çinlə Avropa arasında Orta Dəhliz marşrutunun bir hissəsi olacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin adlarının əbədiləşdirilməsi, Azərbaycan-Qırğızıstan dostluğunu tərənnüm edən parkın açılışı, Bakı ilə Bişkekin qardaşlaşması xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır.

Bütün bunlarla yanaşı, ən əsas məsələlərdən biri, iki qardaş ölkə arasında formalaşmış səmimi münasibətlərin günü-gündən inkişaf etməsidir.

Onu da qeyd edək ki, Qırğızıstan, Qazaxıstanla yanaşı, KTMT-nin üzvü olmasına rəğmən Azərbaycan əleyhinə hansısa layihələrdə iştirak etmir. Ölkələrimiz beynəlxalq platformalarda siyasi baxımdan vahid mövqe sərgiləyir. Hesab edirəm ki, münasibətlərimizin bu səviyyəyə gəlib çatmasının əsas səbəbi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdir. Torpaqlarımızın işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları üzərində əldə etdiyimiz qələbə, qardaş xalqlarımızda özünəinam hissini artırıb, Azərbaycana münasibətini dəyişdirib.

1990-cı illərin əvvəllərində Qırğızıstanın birinci prezidenti Askar Akayev kosmopolit, müti şəxsiyyət idi. Onun İrəvana səfəri çərçivəsində saxta “genosid” abidəsini ziyarət etməsi və əklil qoyması Türk dünyasında şok effekti yaratmışdı. Zaman sürətlə dəyişir. Dünyanın yeni təhlükəsizlik arxitekturası qurulur. Qloballaşan dünyada isə ən inkişaf etmiş ölkə belə təkbaşına müstəqilliyini qorumaq iqtidarında deyil. Bu baxımdan, Türkdilli dövlətlərin inteqrasiyası, Avropa İttifaqı formatına uyğun təşkilatda birləşməsi, tarixi zərurət, zamanın tələbidir. Sevindirici haldır ki, son zamanlar Orta Asiya respublikaları arasında uzun illərdən bəri yığılıb qalmış problemlər həllini tapır. Qazaxlar, özbəklər, qırğızlar strateji inkişaf perspektivlərini Türk Birliyində görürlər. Qardaş Türkiyə ilə Türk dövlətləri arasında koordinasiya proseslərinin tənzimləmək, körpü rolunu oynamaq kimi tarixi missiya Azərbaycanın, Prezident İlham Əliyevin taleyinə yazılıb. Son iki ildə tarixi “Şuşa Bəyannaməsinin” imzalanmasından sonra Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla imzalanmış strateji müttəfiqlik müqavilələrinin hər biri dövlətlərimizi daha da gücləndirir, xalqlarımızı birləşdirir. Prezidentin Qırğızıstana ilk dövlət səfərinin müsbət nəticələri özünü çox gözlətməyəcək, hər iki xalqa iqtisadi və siyasi dividentlər gətirəcək.

DİGƏR Xəbərlər Arxiv