YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan strateji tərəfdaşdır

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri

Oktyabr ayının 11-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi və daha da inkişaf etməsi baxımından mühüm tarixi hadisədir. Azərbaycan və Qırğızıstan arasında beynəlxalq səviyyədə yüksələn xətlə inkişaf edən əməkdaşlığ hər iki ölkə xarici siyasətdə üzv olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəal əməkdaşlıq etməklə yanaşı, daim bir-birlərini dəstəkləyirlər, şübhəsiz ki, bu, gələcəkdə də davam edəcək. Prezident İlham Əliyevin Qırğıstana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Azərbaycanın dövlət başçısının bu səfəri Qırğızıstanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Qırğızəstan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq.

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası zamanı deyib: Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparıldı. Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir.

Bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Bu isə o deməkdir ki, Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Qırğızıstan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın inkişafı eyni zamanda eyni soykökə malik Türk dövlətləri arasında birliyin, dostluq, qardaşlıq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca mühüm hadisədir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin müttəfiqlərinin sayı günü-gündən artır. Həmçinin cənab Prezident iqtisadi, siyasi, elmi, mədəni, və digər amilləri nəzərə almaqla Türk birliyinin yeni əməkdaşlıq formatını qura bilmiş lider kimi də tarixə düşməkdədir.

DİGƏR Xəbərlər Arxiv