YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərdi.  

Məktubda deyilir: “Ölkələrimiz arasında ənənəvi sıx və etibarlı əlaqələr son aylarda, xüsusilə Sizin Almaniyaya sonuncu səfərinizdən sonra daha da güclənmişdir. Mən Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. “Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.

Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizin ölkədaxili islahatları davam etdirməklə Avropa dəyərlərini yüksək qiymətləndirməyinizi alqışlayıram. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir.

Sizə, ailənizə və Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram.”