YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Komitədən verilən məlumata görə, Mübariz Qurbanlı İrana səfəri haqqında danışaraq, bu səfərin yüksək səviyyədə təşkilinə görə Möhsün Pakayinə minnətdarlığını bildirib. Qeyd edib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr aparılıb. O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələrin, dini təhsil sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

DQİDK-nın sədri qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.

Möhsün Pakayin bu cür səfərlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə töhfə verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycan ilə İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.