YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin ildönümü mərasimi keçirilib

Ağdam rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Qənbərov Mədət Əzim oğlunun şəhadətinin ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Tahir Abbasov, partiya fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edib, ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla anıblar.

Şagirdlər Vətənə, orduya, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Sonra şəhidin ailəsi ziyarət olunub, onların qayğı və problemləri dinlənilib.

Qeyd edək ki, Mədət Qənbərov 2020-ci ilin oktyabr ayının 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.