YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla yad edilib

Gədəbəy rayonu Novoivanovka kənd sakini şəhid Cəfərov Elmar İlham oğlunun və Kələman kənd sakini şəhid Paşayev Firdovsi Afiq oğlunun şəhadətlərinin ikinci ildönümündə anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev, hüquq-mühafizə orqanları əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.