Xəbərlər
Prezident İlham Əliyev Elçin Bağırovun Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elçin Tələt oğlu Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.