YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətini hər zaman dəstəkləyir

Geniş coğrafiyamızda baş verən sürətli proseslər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, digər tərəfdən isə yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə birgə fəaliyyətimiz gücləndirilməlidir. Bu məqsədlərə nail olmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çox əhəmiyyətli platformadır.

Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəkdir. Bu xüsusda, TDT-nin əlaqəli qurumları da fəaliyyətlərinin daha artırması, o cümlədən Koordinasiya Komitəsinin işinin gücləndirilməsi olduqca vacibdir.

“İnanıram ki, dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirərək, Türk dünyasının parlaq gələcəyinə bundan sonra da töhfə verməyə davam edəcəklər”, - deyə Ceyhun Bayramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv