YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.

Müdafiə naziri təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

Sonra Müdafiə naziri və türkiyəli qonaqlar Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə, Şəhidlər Xiyabanına, türk şəhidliyinə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv