YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev məktəbinin layiqli davamçısı” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin prezident seçilməsinin 19-cu ildönümü münasibəti ilə “Heydər Əliyev məktəbinin layiqli davamçısı” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, Hikmət Babaoğlu, Elnur Allahverdiyev, Cavid Osmanov, Ülvi Quliyev, Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin rəisi Ramin Şükürov, AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, partiya fəalları, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qurucu liderdir: “Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Prezident İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Hikmət Babaoğlu bildirib ki ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müasir dövlətçilik tariximizdə özünəməxsus yeri olan, sözün əsl mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Heç şübhəsiz, bu gün əldə olunan çoxşaxəli uğurlar, eləcə də, bu uğurların baş tacı olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Cavid Osmanov qeyd edib ki, 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Bu həm də, tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi kimi spesifik xüsusiyyətləri özündə daşıyır. Prezident İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin xalqımızın tam olaraq etimadının qazanmasından bəhs edib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılması və bu islahatların nəticələrinin xalqın rifahının yüksəldilməsinə yönəldilməsi sahəsində mühüm addımlar atıb. Bu mühüm addımlar özünü 44 günlük Vətən müharibəsində əldə olunana Zəfərlə və regionda yaranan yeni reallıqlar vasitəsi ilə öz təsdiqini bir daha tapdı.

Tədbirin sonunda tanınmış elm xadimlərinə və ziyalılara yubileyləri münasibətilə fəxri fərmanlar, bir qrup gəncə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.