YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev mədən faciəsi ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Bartın vilayətindəki mədəndə baş vermiş faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, partlayış baş verən zaman mədəndə 110 işçi olub. Son məlumata görə, 28 nəfər həlak olub, 58 nəfər xilas edilib. Mədəndə daha 15 işçinin qaldığı ehtimal olunur.