YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid Əkbərov Əmrah Şahid oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Xəzər RİH başçısı Elşən Salahov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Digər çıxış edənlər tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət diləyiblər.