YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün müasir Lideri

İlqar ilyasov

YAP Laçın rayon təşkilatının sədri

15 oktyabr 2003- cü il Azərbaycan tarixində yeni dönəm başladı.

Məhz bu tarixdə ilham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti bu Böyük Şəxsiyyətin siyasi kursununun davamını müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev hər zaman oldugu kimi, yenə də xalqın, millətin taleyinə biganə qalmadı. Azərbaycanın gələcəyini etibarlı, dogru, drüst, qətiyyətli əllərə tapşırdi və Azərbaycan qarşısında ən böyük xidmətlərinin, bəxşişinin birin də etmiş oldu. Xalqın, ölkənin taleyini onu sevən, canından artıq sevən İnsana əmanət etdi. Seçim xalqın idi… 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Heydər Əliyev həyat və fəaliyyətindən dərs almış İlham Əliyev Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Azərbaycanın siyasi, iqtisadi imkanları daha da genişləndirilldi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri və imkanları möhkəmləndirildi.Son 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. Danılmaz faktdır ki,bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Heç kim Azərbaycana təzyiq, təsir forması ilə yanaşa bilməz. Təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıqla alımışdır. Demokratik dəyərlər ölkəmizdə yüksək səviyyədə qorunub saxlanılır. Hətta özlərini əsil demokrat adlandıran ölkələrə belə nümunə olacaq səviyyədə qorunub saxlanılır və inkişaf etdirilir. Ötən dövr ərzində ölkəmiz ugurlu sosial- iqtisadi inkişaf yolu keçmişdir. Əhalının sosial rifahının yaxşılaşdırmaq üçün genişmiqyaslı proqramlar işlənib hazırlanmış və həyata keçirilmişdir. Sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən biridir.Azərbaycanın milli maraqları,Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilmişdir. Ötən dövr ərzində diplomatik əlaqələr yüksək peşəkarlıq və ugurla qurulmuş və icra olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın edildi.30 il düşmən tapdagında qalan dogma torpaqlarımız 44 Günlük Vətən Müharibəsinin möhtəşəm qələbəsi ilə azad edildi. Artıq dünya ölkələri Azərbaycanın hərb təcrübəsini öz ordularının həyatında nümunə kimi tətbiq edirlər. Azərbaycanın gələcəyinə xidmət edən enerji strategiyası günün reallıgına çevrilib. Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. İndi Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada müasir infrastruktur yaradılmasın.Ölkəmizin ən ucqarları daxil olmaqla qazlaşdırılıb, enerji resursları ilə, içməli su ilə təmin edilib. Müasir, dünya standartlarına uygun yol infrastrukturu yaradılıb.İşgaldan azad olunmuş ərazilərimizdə möhtəşəm layihələrə uygun geniş quruculuq, bərpa işləri həyata keçirilir. İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü -Müasir Gənclik Dövrü- kimi tarixə yazıldı. Azərbaycan gəncliyinin rəğbət və dəstəyini qazanmış ugurlu dövlət siyasəti yürüdülür. Ölkəmizdə fikir azadlıgına, siyasi prüalizmə xüsusi önəm verilir. İnsanlar sərbəst şəkildə öz azadlıqlarını təmin edir, istək və arzularını qanunlar çərçivəsində həyata keçirirlər. Demokratik dəyərlərə və milli həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiya məhz insan azadlıgıma, fikir azadlıgına xidmət edir. Ökəmizdə demokratik dəyərlərin, ənənələrin dərinləşməsinə xidmət edən parlament formalaşıb, vətəndaş cəmiyyəti yaradılıb. Bu gün Azərbaycan qətiyyətli, iradəli Sərkərdə,səriştəli siyasətçi, peşəkar dövlət xadimi, xalqın tükənməz sevgisini və inamını qazanmış Liderinə güvənir və onunla fəxr edir.

DİGƏR Xəbərlər Arxiv