YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatıdır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 19 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.

Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yaxşılaşmasına öz töhfələrini verməyə səy göstərir. Partiyanın tutduğu yola sadiqliyinə, dövlətə, xalqa bağlılığına və xidmətinə söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə  şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. 2020-ci il noyabrın 10-da Yeni Azərbaycan Partiyasının qərargahının qarşısında möhtəşəm Qələbəmiz münasibətilə təşkil olunan tədbirdə bir daha vurğulandı ki, tarixi Zəfərimiz Azərbaycanın gücünün, qüdrətinin, Ordumuzun dünyanın ən güclü ordusu, xalqımızın yenilməz, məğrur xalq olduğunun dünyaya təqdimatı oldu. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə hənrəyliyinin nümayişi oldu. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin müəllifi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir, ölkəmizin həyatında başlanan yeni mərhələyə-işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər.

Xalqın istəyi, zamanın təlıbi ilə yaradılan Yeni Azərbaycan Partiyası gələn ay 30 illik yubileyini qeyd edəcək. Bu mühüm hadisə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında bir hesabatdır. Keçilən yola baxış və gələcək hədəflərin müəyyınləşirilməsi üçün geniş imkanlar açacaq bu tarixi günü Qələbə ovqatında qeyd etməyimiz hər birimiz üçün böyük xoşbəxtlik, qürurdur. Yeni Azərbaycan Partiyasının yarandığı dövrün reallıqları ilə bu günü müqayisə etdikdə tamamilə fərqli mənzərəni görürük. O illərdə Azərbaycan xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, ən əsası torpaqlarının biri-birinin ardınca işğalı dövrünü yaşayır, xalqın sabaha ümidi yox idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə milyonların sevgisini qazanmasının, xalqın partiyasına çevrilməsinin tək bir səbəbi var idi: Ümummilli Liderə xalqın sonsuz sevgisi və inamı! Çünki zaman göstərdi ki, xalq ulu öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Son 19 ilin uğurları isə bu ümumiləşdirməni aparmağa əsas verir ki, Prezident İlham Əliyev Ümummilli Liderin görmək istədiyi Azərbaycanı qurub. Adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini ifadə edir və bu hisslər atılan hər bir addımda, görülən işlərdə aydın mənzərəsini yaradır.

Ötən il VII qurultayını Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarlarla, yeni tərkiblə irəliyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik yubileyini Zəfər əhval-ruhiyyəsində qeyd edən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq.

Bu əminliyə əsası verən görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyasının regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilməsidir. 800 minə yaxın üzvü sıralarında birləşdirən partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı, 7 430 ərazi partiya təşkilatı mövcuddur. Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın gələcək inkişaf strategiyasını müəyyən edir.

DİGƏR Xəbərlər Arxiv