YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi ilə əlaqədar oktyabrın 15-16-da Kürdəmir rayonunda şəhid ailələri və qazilər üçün "Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır" şüarı altında tibbi müayinə aksiyası keçiriləcək.

YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək aksiya çərçivəsində Rəngli-Doppler exokardioqrafiya, EKQ, USM və laborator müayinələr, endokrinoloq, nevropotoloq konsultasiyaları təşkil olunacaq.

Qeyd edək ki, ötən il Zəfər Günü ərəfəsində və aprel ayında Sabirabad və Saatlı rayonlarında da tibbi müayinə aksiyaları baş tutub. Şəhid ailələrinin üzvləri və qazilər üçün müxtəlif müayinələr aparılıb, onlara müalicələr təyin olunub.