YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işlərini tamamlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işləri tamamlanıb. Birinci Avropa Oyunları keçirilən yerlərdə internet yüksək səviyyədə təmin ediləcək. Rabitə, o cümlədən mobil rabitənin yüksək səviyyədə təşkil olunması üçün zəruri işlər görülüb. Beynəlxalq rabitə sistemi ilə bağlı tədbirlərin nəticələri uğurludur. Bu sahədə də heç bir problem olmayacaq.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

““Bakı-2015” I Avropa Oyunları üçün telekommunikasiya, rabitə, internet, radiotexniki mühafizə, həmçinin yayımının təşkili, o cümlədən də kosmik vasitələrdən istifadə olunan yayımın təşkili üzrə bütün işlər tamamilə başa çatıb. Hazırda son sınaq işləri aparılır”,- deyə nazir əlavə edib.

 

 

DİGƏR Xəbərlər Arxiv