YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin siyasi kursuna sadiqlik nümunəsi

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə ölkədə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi qərarını yekdilliklə vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Cənab İlham Əliyev ölkə başçısı seçildiyi ilk gündən etibarən dayanıqlı inkişafın təmin edilməsi üçün əsaslı addımlar atmışdır. Ölkədə həyata keçirilən siyasət müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edirdi ki, bütün bunların da təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqil Azərbaycan dövlətinin dayanıqlı inkişafını təmin etmək məqsədilə çoxşahəli inkişaf strategiyaları həyata keçirən Prezident İlham Əliyev ölkəmizi Cənubi Qafqazda lider dövlətə çevirdi. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji layihələri ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasını şərtləndirdi. Eyni zamanda, həyata keçirilən enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin iqtisadi baxımdan güclənməsini də təmin etməyə başladı. Əldə edilən vəsaitlər hesabına ölkənin bütün regionlarında müasir həyatı təmin etmək üçün lazimi infrastruktur qurulmağa və yenilənməyə başladı.

Ölkəmizdə insanların sosial rifah halının yaxşılaşdırlması üçün davamlı tədbirlər həyata keçirilir ki, bu da Prezident İlham Əliyevin dövlət siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Bir sözlə, sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Ölkə iqtisadiyyatının güclənməsi və ölkə başçısının davamlı olaraq həyata keçirdiyi orduquruculuğu siyasəti Azərbaycan Orusunun dünyanın 50 ən güclü ordusundan birinə çevridi. Müasir və qüdrətli orduquruculuğunda əsas məqsəd ölkənin 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu müqəddəs vəzifəni 27 sentyabr 2020-ci ildə cəmi 44 gün ərzində yerinə yetirdi. Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Azərbaycan öz möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaratdı. Azərbaycaın haqq işinə dəstək verən qardaş Türkiyə ilə olan birlik isə bütün dünya üçün bir nüminə, bir örnəkdir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bu gün Azərbaycan dövləti Preziden İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur. Bu işdə qardaş Türkiyədən olan şirkətlər də öz dəstəyini göstərir. İşğaldan azad edilmiş ərazilərimiz ən müasir standartlar əsasında yenidən qurulur ki, 30 il məcburi köçkün həyatı yaşamış soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.

DİGƏR Xəbərlər Arxiv