YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fərid Eyvaz oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov Şahsevən kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

Tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə də maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Fərid Məmmədov 2000-ci il oktyabrın 12-də Kürdəmir rayonu Şıxımlı kəndində anadan olub. 2020-ci il oktyabrın 15-də Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.