YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika turnirində iştirak edəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov Partiyanın yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, minifutbol, sərbəst güləş, yunan-Roma güləşi və şahmat üzrə respublika turnirlərində iştirak edəcək komandaların üzvləri ilə görüş keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ulu öndər Heydər Əliyevin ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasının yaranmasından və Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın bugünkü inkişaf dövründən danışıb.

Daha sonra respublika turnirinin əhəmiyyətindən danışan Emil Abasov gənclərə tapşırıq və tövsiyələrini verib.