YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri, Gədəbəy rayonundan Vətən müharibəsinə yollanmış Teymurlu Orxan Şaiq oğlunun şəhadətinin ildönümü ilə bağlı tədbir keçirilib, əziz xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları Fərzalı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.