YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatında görüş olub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirib.

Rayon təşkilatının sədri Təvəkkül Əliyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyi ilə əlaqədar məsələləri qeyd edib, ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. 

Həmçinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, görüləcək işlər müzakirə edilib.