YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Şəhidlər xiyabanını ziyarət edib

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

DİGƏR Xəbərlər Arxiv