YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin xatirəsi anılıb

Ağstafada Vətən müharibəsi şəhidi Ələsgərov Mətləb Vüqar oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa RİH yanında İctimai Şuranın üzvləri, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Köçəsgər kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Tovuz döyüşləri şəhidi Babayev Yaşar Vasif oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.

Daha sonra tədbir iştirakçıları Mətləb Ələsgərovun ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı veriblər. Şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Mətləb Ələsgərov 2020-ci il oktyabr ayının 10-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv