YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Avropa Oyunları Azərbaycanın böyük uğurudur

«Azərbaycana qarşı aparılan qara piar kampaniyası qəbulolunmazdır. Biz bu kampaniyaya səssiz qala bilmərik». Bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur. Onun sözlərinə görə, hər ölkəyə belə bir etimad göstərilmir.

«Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür. Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var»- deyə, A.Quliyev vurğulayıb.