YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün potensialın olduğu vurğulanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq olunması ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib.

Baş nazir xanım Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərindən danışıb.

Xanım Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.